Məşhur rusiyalı gitaraçı İrina Kulikova-Fellendans Bakıda
08 İyun 2011 Çərşənbə 11:22
Niderlandda yaşayan tanınmış rusiyalı gitaraçı, beynəlxalq müsabiqələr laureatı İrina Kulikova-Fellendans Bakıdadır.
O, paytaxtda konsert proqramı ilə çıxış edəcək və uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün klassik gitara ixtisası üzrə ustad sinifləri keçəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün axşam Kapellhaus Alman-Azərbaycan Cəmiyyətində gitaraçının solo konserti olacaq.

İyunun 9-da isə İrina Kulikova-Fellendans Bakı şəhər T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbində uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar