Merkezi İncesenet Mektebi açılacaq
10 Sentyabr 2013 Çərşənbə Axşamı 06:47
Ölkede Merkezi İncesenet Mektebi açılacaq. Medeniyyet ve Turizm Nazirliyine bu qerarın icrasından ireli gelen meseleleri hell etmek tapşırılıb.
Azərbaycan Nazirlər Kabineti Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında qərar verib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərara əsasən, Bakı şəhər Qara Qarayev adına 8 nömrəli 11 illik Musiqi Məktəbinin bazasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi yaradılır.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş müvafiq xərcləri hesabına həyata keçiriləcək.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə bu qərarın icrasından irəli gələn məsələləri həll etmək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: