Mənsum İbrahimov İrana gedir
22 Oktyabr 2009 Cümə Axşamı 13:00
Xalq artisti Mənsum İbrahimov tələbəsi ilə 3 gün konsert verəcək
Xalq artisti Mənsum İbrahimov bu ayın sonunda vətəni tərk etmək qərarına gəlib. Məqsəd İranda konsert proqramı ilə çıxış etməkdir.

Sözügedən konsert oktyabrın 29-dan 31-dək keçiriləcək.
Xalq artistini tələbəsi, əməkdar artist Təyyar Bayramov müşayiət edəcək.

Xatırladaq ki, mərhum sənətkar Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunan Mənsum İbrahimov Prezident mükafatçısıdır. O, 1998-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar