Mel Qibson "Dəli Maks"da çəkilməyəcək
20 Yanvar 2010 Çərşənbə 17:41
Aktyor Mel Qibson yayılan xəbərləri təkzib edib
Məşhur kinoaktyor Mel Qibson "Dəli Maks" filminin dördüncü seriyasında iştirak etməkdən imtina edib. Bu haqda aktyorun özü məlumat verib. Qibsonun sözlərinə görə, Maks Rokatanski obrazını yenidən canlandıracağı barədə xəbərlər əsassızdır.

“Bu haqda heç nə planlaşdırılmır”, - deyə o əlavə edib.

Son məlumatlara görə, filmin 4-cü seriyasında baş rolu Britaniya aktyoru Tom Hardi oynayacaq. Aktyorun çəkiliş meydançasındakı tərəfdaşı isə Şarliz Teron olacaq. Lakin məlumat hələ rəsmən təsdiqini tapmayıb.

Rejissor Corc Millerin çəkdiyi filmin süjet xətti hələ ki, gizli saxlanılır. Məlum olan yalnız odur ki, filmdə növbəti hadisələr üçüncü seriyanın bitdiyi yerdən başlayacaq.

Filmin çəkilişləri bu ilin yayında Avstraliyada başlayacaq. Xatırladaq ki, "Dəli Maks" filminin birinci seriyası 1979-cu ildə, digər iki seriyaları isə 1981-ci və 1985-ci illərdə çəkilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar