Mehriban Əliyeva: “Azərbaycan dövləti Luvr muzeyində bərpa işlərinə maddi dəstək verib”
05 May 2011 Cümə Axşamı 00:16
“Amma biz əməkdaşlığımızı daha da genişləndirə bilərik”.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret ilə görüşüb.

Fransanın dünyaca məşhur muzeyinin direktorunu Bakıda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Luvr Muzeyi arasındakı sıx əlaqələrdən danışıb. O, bildirib ki, Luvr Muzeyində bir neçə dəfə Azərbaycanla bağlı tədbirlər keçirilib. “Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib. Amma biz əməkdaşlığımızı daha da genişləndirə bilərik”, - deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağa ölkəmizin qədim və zəngin mədəniyyəti barədə məlumat verib.

Görüşdə muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi məsələləri müzakirə edilib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar