ANS PRESS-in əməkdaşı şair Mehemmedhüseyn Şehriyarın Tebriz şeherindeki mezarını ziyaret edib.
Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İranın Təbriz şəhərindəki məzarı hər gün ziyarətçilərlə dolu olur. Hər bir azərbaycanlı kimi Təbrizə gedən kimi, ilk olaraq onun məzarını ziyarət edərkən bunun şahidi oldum.
Şairin öz vəsiyyətinə görə, Təbrizin Şairlər məqbərəsində dəfn olunan M.Şəhriyarın ziyarətgahı hazırda əsaslı təmir olunur. Məqbərinin həyətində isə şairin büstü qoyulub. Bundan başqa, şairin həyat və yaradıcılığını əks etdirən kitablar, elcə də, onun səsilə deyilən şer diskləri satılır.
Qeyd edək ki, hazırda Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir.