Mədəni Maarif müəssisələri hesabat verəcək
19 Yanvar 2010 Çərşənbə Axşamı 17:30
İclasda 2009-cu ildə keçirilmiş tədbir və işlər barədə məlumat veriləcək
Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və onun tabeliyində olan bütün mədəni-maarif müəssisələrinin 2009-cu il ərzindəki fəaliyyəti haqqında yekun hesabat iclası keçiriləcək. Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata əsasən, iclas yanvar ayının 22-də baş tutacaq.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 2009-cu ildə öz fəaliyyətini Azərbaycan Respublikasının mədəniyyət sahəsində qarşıya qoyduğu məqsəd və vəzifələrin icra olunmasına yönəlib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin Əmr və Sərəncamlarını vaxtında yerinə yetirmiş, mədəniyyət müəssisələrinin qorunub-saxlanılmasına, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəhər miqyaslı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirib.

İclasda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi və sektor müdirləri çıxış edərək 2009-cu ildə keçirilmiş bütün tədbir və görülən işlər barədə məlumat verəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar