Mahsum Qırmızıgülün filmi “Oskar”a namizəd oldu
25 Sentyabr 2009 Cümə 10:00
“Günəşi gördüm” ən yaxşı film nominasiyasında mükafata iddialıdır
Türkiyənın tanınmış müğənnisi Mahsum Qırmızıgülün lentə aldığı “Günəşi gördüm” filmi ən yaxşı film nominasiyasında “Oskar”a namizəd seçilib. Filmin rejissoru, ssenaristi və baş rolunun ifaçısı M.Qırmızıgül filminin dünyanın ən prestejli kino mükafatına namizəd göstərilməsindən məmnun olduğunu bildirib. “Oskara namizəd olmaq çox gözəldir. Bu hələ başlanğıcdır. Bu film Türkiyənin hekayəsidir. Bu film hamımızın filmidir”.
Filmin çəkilişləri Türkiyə, Danimarka, Norveç, İsveç, Bolqarıstan və Yunanıstanda aparılıb. Beş aya çəkilən filmdə aktyorların geyinməsi üçün 3 min 600 dəst paltar hazırlanıb.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar