Mahnı oxumaq insanı arıqladır
19 İyul 2011 Çərşənbə Axşamı 17:25
Mahnı oxumaq insanı arıqladır. Amerikalı alimlər belə qənaətə gəliblər.
Mahnı oxumaq insan orqanizmi üçün faydalıdır. Harvard Universitetinin alimləri belə qənaətə gəliblər. Həm də ifaçılığın bu faydasından yararlanmaq üçün heç də yaxşı səsə və musiqi duyumuna malik olmaq vacib deyil. Bəs görəsən bu faydalar nədən ibarətdir?

ABŞ-da klinik labaratoriyalarda aparılan sınaqlardan sonra müəyyən edilib ki, mahnı oxuyanlar ağrını daha az hiss edirlər və tez sağalırlar. Belə ki, mahnı oxumaq idman etməyə bərabər tutulur.
Həkimlərin sözlərinə görə, oxuyanda insan orqanizmi oksigenlə zənginləşir və bu sayədə qan dövranı, əzələ hərəkəti və ürək damar sisteminin fəaliyyəti daha yaxşı olur.

Bundan əlavə mütəxəssislərin sözlərinə görə, mahnı oxumaq texnikası vasitəsilə pəltəkliyin, stresin və çox yeməyində qarşısını almaq mümkündür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar