Mahaçqalada silahlı dəstənin başçısı zərərsizləşdirilib
12 Avqust 2011 Cümə 01:19
Onun Buynayskda ötən il törədilmiş terror aktında əlinin olduğu bildirilir
Dağıstanın Mahaçqala şəhərində keçirilən xüsusi əməliyyat zamanı altı silahlı, o cümlədən, ötən ilin sentyabrında Buynaksk şəhərində törədilmiş terror aktında əli olan “xüsusi batalyon”un başçısı öldürülüb. Bu barədə məlumatı Milli Antiterror Komitəsinin informasiya mərkəzi yayıb.
Öldürülənlərdən biri - Abdulla Maqomedaliyev hüquq-mühafizə orqanları tərəfindən “Daud” ləqəbi ilə tanınır. O, 2006-cı ildə Çeçenistanda “şimal cəbhəsi” adlandırılan silahlı dəstələrə başçılıq edib.
Rusiya hüquq-mühafizə orqanları hesab edir ki, təxribat-terror qrupunun üzvlərinin, o cümlədən, dəstə başçısının zərərsizləşdirilməsi Dağıstandakı qanunsuz silahdı dəstələrə əhəmiyyətli zərbə vurmuş olub. Məlumata görə, keçirilən əməliyyat bir sıra terror cinayətlərinin qarşısını almağa da imkan verib.
DOSTLARINLA PAYLAŞ: