Maestro Niyazinin 98 illiyinə həsr olunmuş tədbir keçirilib
20 Avqust 2010 Cümə 19:15
Musiqi Mədəniyyəti Dövlət Muzeyində gerçəkləşən tədbirdə "Maestro" sənədli filmi nümayiş olunub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli dirijor və bəstəkar Niyazinin 98 illiyinə həsr olunmuş tədbir keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Niyazinin Ev Muzeyinin direktoru Rza Bayramov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov və başqaları maestronun həyat və yaradıcılığından, Azərbaycan mədəniyyətdəki əvəzsiz xidmətlərindən danışıblar.

Yubileyin rəsmi hissəsindən sonra bədii hissə başlayıb. Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova, Opera və Balet Teatrının solisti Tural Ağasıyev və başqalarının ifasında “Arzu” romansı, “Yaşa yaşa, Azərbaycan” mahnısı, piano üçün pyeslər canlı səsləndirilib.

Tədbirin sonunda “Maestro” sənədli filmi nümayiş olunub. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar