Macarıstanda Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi kitabı nəşr olunub
29 İyul 2011 Cümə 18:14
Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı Macarıstan Elmlər Akademiyasının “Akaprint” nəşriyyatı tərəfindən macar dilində çap edilib.
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə hüquq elmləri doktoru Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı Macarıstan Elmlər Akademiyasının “Akaprint” nəşriyyatı tərəfindən macar dilində çap edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, kitabda mövcud beynəlxalq hüququn norma və prinsipləri əsasında ermənilərin tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddialarının əsassızlığı inandırıcı şəkildə isbata yetirilib. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin kitaba yazdığı müqəddimədə macar oxuculara Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü işğalçı siyasəti haqqında müxtəsər məlumat verilib. Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı Macarıstan XİN əməkdaşları və Macarıstan parlamentinin üzvləri, media nümayəndələri, universitet müəllim və tələbələri arasında yayılıb, ölkənin bütün əsas kitabxanalarına hədiyyə edilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar