London Kral Filarmonik Orkesrti Qəbələdə konsert verib
02 Avqust 2010 Bazar Ertəsi 10:15
Orkestrin ifasında Fikrət Əmirovun əsəri də səslənib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbirin fəxri qonağı Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkesrtinin konserti olub. Orkestrın solistlərini amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya və Azərbaycanın tanınmış drijoru, xalq artisti, "Şöhrət" ordenli professor Rauf Abdullayev müşayiət edib.

Klassik musiqi ifaçıları məşhur bəstəkarlar Pyotr Çaykovskinin “Françeska da Rimini”, Fikrət Əmirovun “Kürd Ovşarı”, Lüdviq Bethovenin “Fortopiano və orkestr üçün 5 saylı konsert” və “Emperor” əsərlərini səsləndiriblər. Çıxışlar maraqla qarşılanıb.

Xatırladaq ki, Qəbələdə London Kral Filarmonik Orkestrinin konserti avqustun 5-dək hər gün olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar