Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva daha bir şeir yazıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva daha bir şeir yazıb. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru olan Leyla xanım növbəti yeni şeirini təqdim edib.
Yaradıcılıqla məşğul olmağı sevən Leyla xanımın yeni bəsdəsi "Tı menya mojeş razlyubit?" (Sən məni sevməyə bilərsən?) adlanır. Şeiri bacısı Arzu Əliyeva İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.
Xatırladaq ki, Leyla Əliyeva bundan öncə "Ana", “Elegiya”, “Milyard dəfə”, “Mən gedəcəm”, "İnsanlar" və digər şeirlərini pərəstişkarlarının ixtiyarına buraxıb.
Qeyd edək ki, bundan öncə Leyla Əliyevanın "Xoşbəxtlik" (Sçaste) adlı şeiri əməkdar artist Ayan Mirqasımova səsləndirib. Videoda səslənən musiqi isə Nicat Heydərova aiddir. Şeir üçün hazırlanan video çarx sosial şəbəkədə yüklənib. Həmin görüntüləri sizə təqdim edirik.