Lənkərandagənclər üçün teatr günü keçirilib
04 May 2011 Çərşənbə 00:22
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Gənclər teatrı sevir” devizi ilə teatr günü keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, tədbirin təşkilində başlıca məqsəd gənclərin teatr sənətinə marağının artırılması, onlar arasında teatr mədəniyyətinin formalaşdırılması, elecə də teatrın inkişafına mənəvi dəstək göstərmək olub. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi də daxil olmaqla Lənkəran Dövlət Universitetinin, Lənkəran Dövlət Humanitar və Tibb kolleclərinin tələbələri, ümumilikdə 300-ə yaxın fəal gənc bu sənət ocağında yaradılmış iş şəraiti ilə tanış olmaqla yanaşı, sevimli aktyorlarla ünsiyyət tapmaq imkanı qazanıb. Daha sonra onlar “Kitabi Dədə Qorqud” dastanının “Dəli Domrul” boyunun motivləri əsasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi və quruluş verdiyi “Məhəbbət və ölüm” tamaşasını böyük maraqla izləyiblər.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar