Lənkəranda festival keçirilib
29 Oktyabr 2013 Çərşənbə Axşamı 01:29
Festivalda folklor kollektivləri, ifaçı və rəqs kollektivləri bacarıqlarını sınayıb.
Lənkəranda folklor festivalı keçirilir. Cənub bölgəsinin zəngin xalq yaradıcılığının və folklorunun gənc nəslə tanıdılması məqsədilə keçirilən “Lənkəran payızı 2-ci folklor festival” rayonda əsl musiqi bayramına çevrilib.
Ötən ildən start götürən festivalda rayonun 75 klub müəssisəsi nəzdində fəaliyyət göstərən folklor kollektivləri, ifaçı və rəqs kollektivləri bacarıqlarını sınayıb. Bölgədə qeyri maddi mənəvi irsin qorunub saxlanılması və inkişaf etdirilməsi, şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədilə keçirilən festival həm də əhalinin asudə vaxtının səmərəli təşkil edilməsinə xidmət göstərir.

Maraqlı cəhət bu dəfəki festifalda talış folkloruna daha geniş yer ayrılması idi.
Festivalda özünəməxsus repertuarla çıxış edən “Nənələr” folklor ansamblının üzvlərinin bayram ovqatı çöhrələrindən bəlli idi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar