Lənkəran xanının vəziri yeni görüşə hazırlaşır
28 Mart 2011 Bazar Ertəsi 16:04
Premyera dahi ədib M.F.Axundzadənin 200 illiyinə həsr olunur
Akademik Milli Dram Teatrında “Lənkəran xanının vəziri” tamaşasının premyerası olacaq. Teatrın mətbuat katibi Elçin Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, premyera martın 30-da baş tutacaq.

Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Tamaşada xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Aslan Şirinov, Əlvida Cəfərov, Elnur Qədirov, İlyas Əhmədov, Elnar Qarayev və başqaları iştirak edirlər.

Premyera dahi ədib M.F.Axundzadənin 200 illiyinə həsr olunur.





DOSTLARINLA PAYLAŞ:

oyunlar