“Lahıc ritmləri” Beynəlxalq festivalda nümayiş etdiriləcək
11 İyun 2009 Cümə Axşamı 13:55
“Lahıc ritmləri” Beynəlxalq festivalda nümayiş etdiriləcək. Festival iyunun 13-14-də Kiyev şəhərində baş tutacaq

 

Azərbaycan Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək “İrpen Film” Beynəlxalq Festivalında təmsil ediləcək. Festivalda rejissor Fariz Əhmədovun “Lahıc ritmləri” sənədli filmi nümayiş etdiriləcək.

Qeyd edək ki, iyunun 13-14-də baş tutacaq festivalın təşkilat komitəsinə 48 ölkədən 286 film təqdim edilib.

Yeddi nominasiya üzrə keçirilən festivalda hər nominasiyada təqribən 7 film göstəriləcək. Qalibləri münsiflər heyəti deyil, filmi izləyən tamaşaçılar müəyyənləşdirəcək.

Xatırladaq ki, “Lahıc ritmləri” filmi 2008-ci ildə “İmper Qrup” prodüser mərkəzində istehsal olunub. Ssenari müəllifi Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır.
Kino lentinə çəkilmiş 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filmdə İsmayıllı rayonunun Lahıc kəndində yaşayan insanların birgünlük həyatı təsvir edilib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar