Kurtlar Vadisi Pusu ən yaxşı serial seçildi
27 Fevral 2012 Bazar Ertəsi 02:45
Kurtlar Vadisi Pusu ən yaxşı serial, Prokuror Leyla və komisar Mesud isə ilin ən yaxşı qadın və kişi aktyoru seçildilər.
Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialı ən yaxşı serial seçildi. Türkiyə Samsun vilayəti “19 may” universitetinin (OMU) təşkilatçılığı keçirilən “2-ci OMU Mətbuat mükafatı” tədbirləri çərçivəsində ölkə şou-biznesinin nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.

Qeyd edək ki, “Kurtlar Vadisi Pusu” serialında prokuror Leyla obrazını canlandıran Çiğdem Batur ilin ən yaxşı aktrisası, Azərbaycan tamaşaçılarının “Arka Sokaklar” serialından komissar Mesud obrazıyla tanıdığı Şevket Çoruh isə ilin ən yaxşı aktyoru seçilib.

Tədbirdə daha 26 kateqoriya üzrə mükafatlar öz sahibini tapıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar