Kurtlar Vadisi Fələstin filmi üçün ssenari hazırlıqları başladı
13 Yanvar 2010 Çərşənbə 04:35
Kurtlar Vadisi Fələstin filmi üçün ssenari hazırlıqları başladı. “Biz Yaxın Şərqdə də böyük təsir gücünə malik serialda sadəcə həqiqətləri nümayiş etdiririk”.
“Kurtlar Vadisi Pusu” serialının bəzi səhnələrinə görə Türkiyə ilə İsrail arasında yaranan gərginlikdən sonra “Pana Film” rəsmi açıqlama ilə həqiqətlərin nümayişinə davam edəcəklərini demişdi. Ötən gecə isə Türkiyənin “NTV” kanalında çıxış edən serialın ssenari müəliflərindən olan Bahadır Özdener “Kurtlar Vadisi Fələstin” üçün hazırlıqlara başladıqlarını deyib. “1-2 dəqiqəlik səhnəyə dözümlülük göstərə bilmədilər. Fələstin problemini 1.5 saatlıq filmdə nümayiş etdirərək onların reaksiyalarına bir daha baxacağıq”.

Bahadır Özden xüsusilə Yaxın Şərqdə böyük təsir gücünə malik serialda sadəcə həqiqətləri nümayiş etdirdiklərini deyib. “Əgər İsrail serialdakı puslu (dumanlı) atmosferdən uzaq olmaq istəyirsə qanlı hadisələrdən əl çəkməlidir. Biz reaksiya gözləyirdik, amma bu addımı reaksiya üçün atmadıq”.

Aparıcının verdiyi, “serialda bir mətn beynəlxalq diplomatik qalmaqala yol verir, bunun məsuliyyətini hiss edirsiniz?” – sualına isə ssenari müəllifi müsbət cavab verib: “Bütün hadisələr kimi Türkiyənin diplomatiyası da bizim maraq dairəmizdədir. Türkiyə artıq öz qabığından çıxır. Bunu biz də bilirik, dünya da. 10 il əvvəl belə bir şeyi xəyalımıza da gətirməzdik. Biz serial çəkirik və bunun 200 milyondan çox tamaşaçısı var. Türkiyə öz gücünü fərq edəndə diplomatiyanın gedişatı dəyişiləcək. O zaman biz daha hündür kresloda oturacağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar