Kubada Azərbaycan mədəniyyəti günləri keçiriləcək
18 May 2009 Bazar Ertəsi 12:35
Bu barədə Kubanın ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Herroro ilə razılıq əldə olunub

Kubanın ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Herroronun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Tərəflər yaxın gələcəkdə Kubada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini və turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi qərara alıblar.
Görüşün sonunda mədəniyyətlərarası sazişə imza atılıb. Kubalı nümayəndə heyətinin digər nazirliklərdə görüşləri planlaşdırılıb.
Qeyd edək ki, kubalı nümayəndə heyəti Azərbaycan-Kuba hökumətlərarası komissiyasının ikinci iclasında iştirak etmək üçün Bakıya gəlib./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar