Koroğlunun Bakıda qoyulacaq abidəsi Kiyevdə hazırlanır
15 İyun 2011 Çərşənbə 03:12
Kiyev İncəsənət Kombinatında abidə üzərində görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədov işləyir
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Koroğluya abidə qoyulması barədə Sərəncam imzalayıb. Bununla əlaqədar gələcək monumentin müəllifi, Azərbaycanın xalq Rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov hazırda Ukrayna paytaxtındadır.

Əfsanəvi xalq qəhrəmanına ucaldılacaq abidənin müvəqqəti maketi Kiyev İncəsənət Kombinatına gətirilib. Hazırda kombinatın sexlərində gələcək möhtəşəm abidə və onun postamenti üzərində gərgin yaradıcılıq işi gedir.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Kiyev İncəsənət Kombinatında olub. O, görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovu Milli Qurtuluş Günü münasibətilə təbrik edib, abidə üzərində işin gedişi ilə tanış olub, bu ciddi dövlət sifarişinin yerinə yetirilməsi üçün öz xidmətlərini təklif etmiş və məşhur sənətkara yaradıcılıq uğurları arzulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar