Kitabxanalarda səyyar sərgilər təşkil ediləcək
01 Fevral 2010 Bazar Ertəsi 23:00
Sərgilər Bakı şəhərinin 11 rayonu üzrə ayda 3 dəfə təşkil olunacaq.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bu il üçün iş planına əsasən, fevraldan başlayaraq dekabradək mədəni-maarif müəssisələrində, kitabxanalarda səyyar sərgilər təşkil ediləcək.

Səyyar sərgilər Bakı şəhərinin 11 rayonu üzrə ayda 3 dəfə N.Nərimanovun, M.S.Ordubadinin, C.Məmmədquluzadənin, C.Cabbarlının və Ə.Əzimzadənin ev-muzeyləri və Dövlət Din tarixi muzeyinin əməkdaşları tərəfindən təşkil olunacaq.

İdarənin tabeliyində olan kitabxanalar və mədəniyyət evlərində nümayiş olunacaq səyyar sərgilərin əsas məqsədi mədəni-maarif müəssisələri arasında əlaqənin möhkəmləndirilməsi, insanların milli şüur və vətənpərvərlik ruhunun, eləcə də ideya-estetik səviyyəsinin yüksəldilməsidir.

Təşkil olunacaq səyyar sərgilər insanların muzeylərə marağını artırmaqla bərabər, eyni zamanda asudə vaxtın səmərəli təşkil olunmasında da mühüm əhəmiyyət kəsb edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar