Kino Günü münasibeti ile tedbir keçirilib
02 Avqust 2013 Cümə 22:54
Ölkede Kino Günü münasibeti ile tedbir keçirilib. Dövlet sifarişi ile çekilen "Dervişin qeydleri" filminin premyerası keçirilib.
Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Kino Günü münasibəti ilə tədbir keçirilib. APA-nın verdiyi xəbərə görə, mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev kino işçilərinə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin təbrikini çatdırıb. Ədalət Vəliyev Azərbaycan kinosunun 115 ildə keçdiyi yol haqqında danışarkən bildirib ki, milli kinomuz son on ildə keçdiyi inkişaf mərhələsi ilə böyük uğurlara imza atıb: "100 ildən artıq yaşı olan Azərbaycan kinosunun yolu bu illərdə enişli-yoxuşlu olub. Son on ildə Azərbaycan kinosunda uğurlu işlərin sayı çox olub. Bizim kinomuza dövlət qayğısı artırılıb. Əgər 2003-cü ildə Azərbaycan kinosuna ayrılan pul 1,5 milyon manat idisə, bu gün bu məbləğ 7 milyona çatdırılıb. Son on ildə Azərbaycanda 70-dən artıq tam və qısa metrajlı film çəkilib. 2003-2013-cü illər ərzində bizim böyük sənətkarlarımız müxtəlif mükafatlarla təltif olunub".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova çıxışında bildirib ki, peşə bayramı münasibəti ilə bir sıra kino xadimlərinə pul mükafatları təqdim olunacaq: "Azərbaycan Kinematoqrafçılar İttifaqı kinomuzun inkişafı üçün bir sıra vacib addımlar atır, işlər həyata keçirir. Biz bu il Milli Kino Mükafatını xalq artisti, Azərbaycan kinosuna böyük tövhələr vermiş Ələddin Abbasova təqdim edirik".

Mükafatı xalq artisti Ələddin Abbasovun adından qızı qəbul edib.

Milli Kino Gününə həsr olunmuş tədbirdə dövlət sifarişi ilə çəkilən "Dərvişin qeydləri" filminin premyerası keçirilib. Xalq artisti Eldar Quliyevin quruluş verdiyi filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqü Hüseynov, Pərviz Məmmədrzayev və başqaları rol alıblar. Filmin bəstəkarı xalq artisti Siyavuş Kərimidir. "Dərvişin qeydləri"nin ssenari müəllifi İlqar Fəhmidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar