Kanadada azərbaycanlı musiqiçilər konsert verəcək
18 Dekabr 2011 Bazar 06:48
Kanadanın Riçmond Hill şəhərində azərbaycanlı musiqiçilər Həsən Ənami, Nərminə Əfəndiyeva, Səməd Purmusəvi və Araz Nayeb Paşayi konsert proqramı ilə çıxış edəcəklər.
 Bu barədə APA-ya sənətçilərdən Səməd Purmusəvi məlumat verib. Onun sözlərinə görə, “Dünya və Azərbaycan klassik musiqisi” adlı konsert 2012-ci il yanvarın 8-də Riçmond Hill şəhərinin Sənət Mərkəzində keçiriləcək: “Konsert proqramında Azərbaycan və Avropa klassik musiqiləri yer alıb. Həsən Ənami opera müğənnisidir və “Koroğlu” operasından parçalar ifa edəcək. Nərminə Əfəndiyeva fortepianoda, Araz Nayeb Paşayi dəflə, mən isə sazla çıxış edəcəyəm”. Konsertin ingilis və fars dillərində yazılan afişası Kanadanın yerli mətbuatında da dərc olunub.
Qeyd edək ki, konsertə ciddi hazırlaşan azərbaycanlı musiqiçilər Kanadanın Toronto şəhərində yaşayırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar