Jurnalistler Göygölde sonuncu alman vetendaşının evinde
23 Dekabr 2013 Bazar Ertəsi 09:47
V.Klayn 1 sentyabr 1935-ci ilde anadan olub ve 29 mart 2007-ci ilde 72 yaşında vefat edib.
Medeniyyet ve Turizm Nazirliyinin bir qrup KİV nümayendesi ile 2013-cü il üçün “Azerbaycanın senetkarlıq paytaxtı” elan olunan Göygöl rayonuna teşkil etdiyi "Media turu" çerçivesinde jurnalistler Göygöl rayonunda olublar. ANS PRESS - in melumatına göre, jurnalistler ilk olaraq Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyinde olublar.
Almanlarla ünsiyyetde olan yerli sakin Fikret İsmayılov jurnalistlere melumat verib ki, muzey evveller almanlar terefinden tikilen kilse olub ve 2008-ci ilde restavrasiyadan sonra rayon tarix diyarşünaslıq muzeyi kimi istifade olunur.
Almanların 1818-ci ilde Genceye geldiyini deyen F.İsmayılov qeyd edib ki, onlar 122 il burada yaşayıblar: "Göygölü mehz almanlar yaşayış meskeni kimi inşa edibler. Burada yaşadıqları müddetde onlar esas meşğuliyyeti şerabçılıq olub. 1903-cü ilde almanlar Hacıkendden Göygöle su kemeri inşa edibler".
Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Rita İbrahimova jurnalistlere bildirib ki, muzeyde 2000-e yaxın eksponat qorunur ve onlardan bir çoxu Göygöle sefer eden almanlar terefinden hediyye edilib. İl erzinde muzeyi 5000-e yaxın turistin ziyaret etdiyini deyen R.İbrahimova qeyd edib ki, Göygöle gelen xarici turistler içerisinde daha çox vaxtile burada yaşayan almanların neve ve neticeleridir:
"Onlar Göygölde yerleşen babalarının qebrlerini ziyaret edir, evleri ve yaşayış terzlerinden xeber veren ev eşyaları ile tanış olurlar".
Daha sonra media mensubları Göygölün sonuncu alman vetendaşı olan Viktor Klaynın evi ile tanış olublar. Jurnalistlere melumat verilib ki, V.Klayn 1 sentyabr 1935-ci ilde anadan olub ve 29 mart 2007-ci ilde 72 yaşında vefat edib.
Qeyd edek ki ,hazırda evin her bir eşyası qorunur ve evin gelecekde muzeye çevrilmesi planlaşdırır.
Bundan sonra jurnalistler Göygöl “Azerbaycanın senetkarlıq paytaxtı” adlı sergi ile tanış olublar. Sergide Göygöl rayon İcra Hakimiyyetinin başçısı Arif Seyidov, Medeniyyet ve Turizm Nazirliyini Medeniyyet Siyaseti şöbesinin müdiri Fikret Babayev ve Göygöl rayon ictimaiyyetinin nümayendeleri de iştirak edibler. Sergiden sonra jurnalistler Göygöl “Azerbaycanın senetkarlıq paytaxtı” adlı konsert proqramına qatılıblar.