Jerar Departye Bakıya gelmeyecek
22 Oktyabr 2013 Çərşənbə Axşamı 11:17
Mədəniyyət və Turizm Nazirliyi: Əgər Jerar Departye Bakıya gəlsəydi bizim xəbərimiz olardı.
Ötən gün “Novosti –Qruziya” agentliyində məşhur fransız aktyoru Jerar Departyenin Bakıya gəlişi barədə xəbər yayılmışdı. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aktyorun ölkəmizə gəlişi barədə hələ heç bir məlumat yoxdur: "Ola bilsin ki, bu xəbər yalandır və yaxud da anlaşılmazlıq olub."

"Əgər aktyor Bakıya gəlsəydi bizim xəbərimiz olardı. Biz də sizin kimi saytlardan oxumuşuq bu barədə. Belə bir iş olsa ilk olaraq nazirliyin saytından məlumat ala bilərsiniz"- deyə nazirliyin mətbuat xidmətinin əməkdaşı əlavə etdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar