. İki gündür Azərbaycanda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye dünyaya səs salan və serial şəklində çəkilən “Səni sevirəm Nyu-York”, “Səni sevirəm Paris” silsiləsinin davamını Bakıya həsr edə bilər.
APA-nın məlumatına görə, bunu J. Depardye Azərbaycan Dövlət Film Fondunda keçirilən görüş zamanı ona ünvanlanan suala cavab olaraq deyib. O bildirib ki, layihənin davamı olaraq “Səni sevirəm Bakı” filmini çəkməyə çox şad olardı: “Gənc rejissorlar mənə bununla bağlı maraqlı layihələr təqdim etsələr, çox gözəl olar”. Aktyor bu layihə üçün ABŞ və Avropa ölkələrinin tanınmış aktyorlarının da cəlb olunacağına söz verib.