Jerar Depardye Bakıda filmə çəkilir
22 Oktyabr 2013 Çərşənbə Axşamı 17:23
Aktyor Jerar Depardye FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlanan filmin Azərbaycandakı çəkilişlərinə dəvət olunub.
Fransız aktyoru Jerar Depardyenin Azərbaycana gəlməsi xəbəri bu dəfə özünü doğrultdu. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, aktyor hal-hazırda Bakıdadır: "Jerar Depardye özəl şirkətin dəvəti ilə Bakıdadır. Aktyor Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlanan filmin çəkilişlərinə dəvət olunub. Aktyor filmdə Beynəlxalq Futbol Federasiyasının Prezidenti Jül Rime rolunu ifa edəcək. "
Filmi Fransız şirkəti çəkir. Sözügedən filmin çəkilişlərinə Azərbaycanla yanaşı həmçinin Braziliya, Fransa, İsveçrədə də start verilib. Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlanan filmin ölkəmizdə aparılan çəkilişləri "Azərbaycanfilm" kinostudiyası tərəfindən aparılır.
DOSTLARINLA PAYLAŞ: