İTVyə qarşı iddia qaldırılıb
03 Mart 2009 Çərşənbə Axşamı 13:15
«Azərbaycanfilm» Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının İctimai Televiziya ilə Azərbaycan filmlərinin yayımı, qonorarın həcmi və hesablanmasını tənzimləyən qanunamüvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulubüzərinə qanuna müvafiq öhdəlik qoyulub

Bu gün Bakı 1 saylı Yerli İqtisad Məhkəməsində «Azərbaycanfilm» Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının birlikdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı qaldırdığı iddia və İctimai Teleradionun qaldırdığı qarşılıqlı iddia üzrə məhkəmənin yekun qərarı elan olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən ANSPRESS-ə verilən məlumata görə, məhkəmə «Azərbaycanfilm» Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının qaldırdığı iddianı əsassız hesab edərək rədd edib. Qeyd edək ki, hər iki qurum İTV-ni müəllif hüquqlarını pozmaqda günahlandıraraq,  televiziyadan ümumilikdə təxminən 64 min manat məbləğində maddi təzminat tələb etmişdi.
İctimai Teleradionun «Azərbaycanfilm» Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasına qarşı qaldırdığı qarşılıqlı iddia isə təmin olunub. Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin çıxardığı qətnamə ilə «Azərbaycanfilm» Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının üzərinə İctimai Televiziya ilə Azərbaycan filmlərinin yayımı, qonorarın həcmi və hesablanmasını tənzimləyən qanunamüvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar