İstanbulda azərbaycanlı rəssam Mahinur Dönməz sərgi açıb
23 May 2011 Bazar Ertəsi 10:18
İstanbulun Topxana səmtindəki “Doruk” sənət qalereyasında Azərbaycan mənşəli türk rəsam Mahinur Dönməzin rəsm sərgisi açılıb.
İstanbulun Topxana səmtindəki “Doruk” sənət qalereyasında Azərbaycan mənşəli türk rəsam Mahinur Dönməzin rəsm sərgisi açılıb. Bu, sənətkarın indiyə qədər Türkiyədə açdığı iyirminci fərdi sərgidir. Türkiyənin sənət dairələrinin maraq göstərdiyi sərgidə Mahinur Dönməzin qadın mövzusuna həsr etdiyi yağlı boya tabloları nümayiş etdirilib. Sərginin açılışında APA-ya açıqlama verən Mahinur Dönməz bildirib ki, qadın mövzusu müasir Türkiyənin həyatında önəmli yer tutur: “Bu dəfə açdığım sərgidə bu mövzunu sənətin dili ilə işıqlandırmağa çalışdım. Bu mövzunu seriya sərgilərlə davam etdirəcəyəm. Böyük qardaşım iki çağırış Türkiyə parlamentinə üzv seçilib. Bundan sonrakı ən böyük arzum - vətənim Azərbaycanda fərdi sərgi açmaqdır. Qadın mövzusundakı sərgilərimdə mütləq Azərbaycan qadınına da geniş yer verəcəyəm”
1954-cü ildə Qarsda anadan olan Mahinur Dönməz Türkiyənin mədəni həyatında yaxşı tanınan bir sənətkardır. “Doruk” sənət qalereyası ikinci dəfə sənətkarın fərdi sərgisini açıb. APA
DOSTLARINLA PAYLAŞ: