İstanbul Fashion Show Bakıdadı
22 Yanvar 2010 Cümə 13:50
İstanbul Fashion Show sərgisinin əsas məqsədi, azərbaycanlı iş adamları ilə qurmaq istədikləri əməkdaşlıqlar və iş birlikləridir.
Yanvar ayının 28-dən 3-nə qədər Heydər Əliyev adına İdman Kompleksində "İstanbul Fashion Show" adı altında keçiriləcək sərgi keçiriləcək. Bu barədə bu gün "Park İnn" otelində keçirilən "İstanbul Fashion Show" sərgisinə həsr olunmuş mətbuat konfransında məlumat verilib. Tədbirdə layihənin Azərbaycan üzrə koordinatoru Alper Çekic və Anıl Seçerin, təşkilat komitəsinin sədri Ruhiyyə Kaçan və "Meridyen" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlu iştirak edib.

Sərgidə Türkiyənin ən məhşur tekstil şirkətlərinin məhsulu olan qadın, kişi və uşaq geyimləri, ayaqqabılar, müxtəlif aksessuarlar nümayiş ediləcək. Meridyen Beynəlxalq Sərgi şirkəti və OTİAD (Osmanbəy Türk iş Adamları Dərnəyi) dünya şöhrətli brendləri və yüksək seçilən geyim markaları ilə dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin qırxdan çox geyim şirkətinin məhsullarından ibarət sərgi təşkil etməklə Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindədir.

Qeyd edək ki, bu, "Meridyen"in Azərbaycanda təşkil edəcəyi yeganə sərgi olmayacaq. Belə ki, şirkət mövcud ilin sonuna kimi ölkəmizdə daha bir neçə moda sərgisi təşkil etməyi planlaşdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar