İstanbul Fashion Show adlı moda sərgisi keçiriləcək
08 Yanvar 2010 Cümə 12:00
İstanbul Fashion Show adlı moda sərgisi keçiriləcək. Sərgidə 40-dən çox türk şirkətinin geyim və tekstil nümunələri nümayiş olunacaq.
Bu ayın sonunda Heydər Əliyev adına İdman-Konsert Kompleksi azərbaycanlı moda sevərlərin marağına səbəb olacaq bir sərgiyə ev sahibliyi edəcək. Belə ki, yanvar ayının 28-dən 30-a kimi 40-dən çox türk şirkətinin geyim və tekstil nümunələrinin nümayiş olunacağı “İstanbul Fashion Show” Bakıda adlı moda sərgisi keçiriləcək.

Türkiyənin “Meridyen Fuarcılık” sərgi şirkəti, Osmanbəy və “OTİAD” (Osmanbəy Türkiyə İş Adamları Dərnəyi) tərəfindən təşkil olunacaq tədbirdə qadın, kişi və uşaq geyimləri, müxtəlif aksessuarlar və s. sərgilənəcək.

Qeyd edək ki, “İstanbul Fashion Show” sərgisi daha öncə Qazaxıstan, Rusiya, Ukrayna, Türkmənistan və s. kimi ölkələrdə keçirilib. Bu ildən etibarən isə “Meridyen Fuarcılık” və “OTİAD” bu sərgini bütün Azərbaycan xalqının diqqətinə təqdim edəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar