İsmayıl Ömerov bu gün son dəfə telekanala gəlib
24 Aprel 2013 Çərşənbə 14:06
İTV-nin sabiq direktoru İsmayıl Ömerov öz iş otağını tehvil verib və teleşirketin binasını terk edib.
İTV-nin sabiq direktoru İsmayıl Ömərov bu gün son dəfə telekanala gəlib. ANS PRESS-in məlumata görə o, yeni direktor Cəmil Quliyevin kollektivə təqdimatına qatılıb və geniş çıxış edib, C.Quliyevə uğurlar arzulayıb. Sonra gördüyü işlərdən, İTV-nin qısa müddətdə əldə etdiyi uğurlardan danışıb, bu işlərdə yardımçı olan yaradıcı kollektivə təşəkkürünü bildirib. Onlara bundan sonra daha əzmlə çalışmağı xahiş edib.
İ. Ömərov yeni sədrin məhz Cəmil Quliyev olmasından məmnunluğunu bildirib: "Hələ 2005-ci ildə seçiləndən 3 gün sonra Elşad Quliyevə zəng edib dedim ki, Cəmil gəlib birinci müavinim olsun. Amma Elşad müəllim dedi ki, Cəmilin kino sahəsində çoxlu planları var. Sevinirəm ki, postumu ona təhvil verirəm. Çünki mənim formalaşmağımda Elşad müəllimin rolu var".
Bundan sonra İ. Ömərov öz iş otağını təhvil verib və teleşirkətin binasını tərk edib. Onu televiziyanın 400-ə yaxın əməkdaşı gül dəstələri və alqışlarla yola salıb.
DOSTLARINLA PAYLAŞ: