İranda vəfat edən azərbaycanlı xanəndənin cənazəsi axşam Bakıya gətiriləcək
25 İyul 2011 Bazar Ertəsi 12:30
Cənazəni gətirən avtomobil karvanı artıq Təbrizdən çıxıb
İranda vəfat edən görkəmli xanəndə Sabir Mirzəyevin meyiti bu gün axşam saatlarında Bakıya gətiriləcək. Bu barədə mərhumun oğlu Etibar Mirzəyev məlumat verib. Onun sözlərinə görə, cənazəni gətirən avtomobil karvanı artıq Təbrizdən çıxıb.
“Təbrizdən çıxıb, yoldadır. Biz Biləsuvar postuna gedirik. Keçidə, cənazəni qarşılamağa gedirik. 1 kilometr yolumuz var. Təyyarə yoxdur deyə, maşınla gətirilir. Naxçıvana aparıb, oradan təyyarə ilə gətirmək olardı. Amma orada sənədləşdirmə işi uzun çəkəcək. Ona görə də, ən yaxşı variant cənazəni özümüz gətirməkdir. Cənazəni Bakıya təxminən saat 5-6 ya çatdıra bilərik”.
Xatırladaq ki, Sabir Mirzəyev iyulun 22-də ağır ürək-damar xəstəliyindən 69 yaşında İranda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O Azərbaycan musiqi tarixində cahargah müğamının mahir ifaçısı kimi duşub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: