İncəsənət Universitetində "Yaponiya günü"
11 Noyabr 2010 Cümə Axşamı 19:45
Tədbirdə qədim yapon mədəniyyəti haqqında film nümayiş etdirilib.
Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali təhsil ocağının və Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Yaponiya günü” adlı sərgi keçirilib. ANS PRESS-in məlumatına görə, sərginin keçirilməsində məqsəd universitet tələbələrini yapon kuklaları, kalliqrafiya, oriqami və digər eksponatlar vasitəsilə ənənəvi yapon mədəniyyəti ilə tanış etməkdir.
Tədbirdə ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev, Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe iştirak edib. Tədbirdə Yaponiya və qədim yapon mədəniyyəti haqqında qısa videofilm nümayiş etdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: