İlk azəri trilleri ekranlara gəlir!
23 Oktyabr 2009 Cümə 21:50
ANS TV-nin binasında “Qaydasız döyüş” filminin təqdimatı keçirildi
Bu gün ANS TV-nin binasında “Qaydasız döyüş” filminin təqdimatı keçirilib. Mərasim triller janrında işlənmiş film kimi yeniliklərlə doludur. Hollivudda keçirilən film təqdimatlarında olduğu kimi təntənəli açılış, yaradıcı heyətin binaya daxil olacağı qırmızı xalça göz oxşadı.

Beləliklə hər həftənin şənbə günü saat 20:00-da tamaşaçılar bir-birini əvəz edən son dərəcə dramatik, savaş filmlərinə xas olan gərginliyin müşayiət etdiyi maraqlı ekran əsərinin şahidi olacaq. Bədii serial “Bakıfilm” kinostudiyasının, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin prodüserliyi və Kamran Qasımovla İlqar Fəhminin ssenarisi əsasında lentə alınıb.

Filmdə Azərbaycan polisinin də fəaliyyətini özündə əks etdirən, ölkədə yenilikçi və köhnə qüvvələr arasında gedən mübarizədən bəhs olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar