İbrus Teatrında yeni tamaşanın premyerası olub
10 Noyabr 2011 Cümə Axşamı 12:24
Hazırda təmir olunan “İbrus” Teatrının səhnəsində yeni tamaşanın premyerası keçirilib.
APA-nın məlumatına görə, tamaşa teatrın fəaliyyətinin 10 ilinin tamamlanması münasibətilə səhnələşdirilib.

“On i oni” (“O və onlar”) adlanan tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın rəhbəri Rüstəm İbrahimbəyovdur. Yubiley tamaşasının rollarında xalq artisti Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, xalq artisti Yuri Balıyev və əməkdar artist Mələk Abbaszadə çıxış edirlər.

İki hissəli tamaşanın premyerasında tanınmış mədəniyyət, incəsənət xadimləri və ziyalılar iştirak edib. R. İbrahimbəyov bildirib ki, tamaşa Moskvada da oynanılacaq. Rusiyanın Mədəniyyət Nazirliyi tərəfindən İbrus Teatrının 10 illik yubileyinin keçiriləcəyini nəzərə çatdıran R. İbrahimbəyov, tamaşanın da məhz bu münasibətlə nümayiş olunacağını söyləyib.

Dörd aktyor tərəfindən oynanılan “On i oni” tamaşası noyabrın 14-dən 18-dək Moskvanın müxtəlif teatr səhnələrində “Rüstəm İbrahimbəyovun Teatrı” festivalı çərçivəsində göstəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar