İbrahim Nesrullayev Azerbaycanı Hollivudda temsil etdi
27 İyul 2013 Şənbə 11:15
Worldstars jurnalında İbrahim Nesrullayevin müsahibesi derc olunub.
Hollivudda “World Championships of Performing Arts-2013” (“İfaçılıq sənəti üzrə dünya çempionatı- 2013”) yarışması keçirilib. Yarışmada Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 3 nömrəli uşaq incəsənət məktəbinin 5-ci sinif şagirdi, gənc vokalçı İbrahim Nəsrullayev təmsil edib. İdarədən AzərTAc-a bildiriblər ki, yarışma haqqında bəhs edən “Worldstars” jurnalında İbrahim Nəsrullayevin müsahibəsi dərc olunub.

Müsahibədə İ.Nəsrullayev özü haqqında məlumat verir. Musiqi məktəbində vokal dərsi aldığını söyləyən İbrahim arzusunun təkcə mahnı oxumaq deyil, eyni zamanda, filmlərdə, xüsusilə musiqili filmlərdə çəkilmək olduğunu deyib.

Gənc vokalçı yaradıcılıq həyatında onu dəstəkləyən və ilk addımlarını atmaqda kömək edənlərə minnətdarlığını bildirərək qeyd edib ki, ölkəmizin rəhbərliyi mədəniyyətin bütün sahələrində Azərbaycanı təmsil etmək üçün imkan yaradır. Hollivudda belə bir yarışda iştirak etməyin özünün bir uğur olduğunu söyləyən İ.Nəsrullayev “Uğur mənim üzümə gülməyə davam etsə, mən Hollivud ulduzu da olacağam. Mən bunun həyata keçməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm”, – deyə vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar