Həzrəti Muhammədin həyatı bir daha film olacaq
02 Noyabr 2009 Bazar Ertəsi 01:25
Filmin smeta dəyəri 150 milyon dollardır və çəkilişlər 2011-ci ildə başlayacaq
İslam peyğəmbəri Həzrəti Muhammədin (SƏV) həyatından bəhs edən daha bir bədii film çəkiləcək. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, Qətərdəki media şirkəti olan “Elmur” artıq film üçün görüşlərə başlayıb. Şirkətdən verilən məlumata görə, , "The Lord of the Rings" və "The Matrix" filmlərinin prodüsseri Beri Osborne tərəfindən dəstəklənən filmin smeta dəyəri 150 milyon dollardır və çəkilişlər 2011-ci ildə başlayacaq. Bundan başqa filmin çəkilişi üçün dünyanın ən güclü aktyorları dəvət olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar