Həkimlər Firəngiz Mütəllimovaya telefonla danışmağa icazə vermir
31 Yanvar 2013 Cümə Axşamı 06:07
Aktrisa Firəngiz Mütəllimovanın ümumi vəziyyəti yaxşıya doğru gedir.
Bir neçə həftə əvvəl Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimovanın səhhətinin pisləşməsi barədə məlumat yayılmışdı. Modern.az-ın əməkdaşı yenidən aktrisa ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanıb. F. Mütəllimova bildirib ki, hazırda özünü yaxşı hiss edir.
“İndi şükürlər olsun ki, yaxşıyam. İnstituta da gedib-gəlirəm, tamaşalarda oynayıram, hətta seriallara çəkilməyi də bərpa etmişəm. Sadəcə müalicə götürdüyüm üçün həkimlər çox da telefonla danışmağa icazə vermir”.
xatırladaq ki, Firəngiz xanımın səhhəti görkəmli aktyor Yaşar Nuri vəfat edəndən sonra pisləşmişdi.
DOSTLARINLA PAYLAŞ: