"Hekayələr" kitabının təqdimat mərasimi keçirilib
06 Mart 2009 Cümə 15:35
Kitabda yazıçının son dövrdə yazdığı 10 hekayəsi toplanıb

Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı Kamal Abdullanın "Hekayələr" kitabının təqdimat mərasimi keçirilib. Yazıçının "Mütərcim" nəşriyyatında çapdan çıxmış bu kitabında onun son dövrdə yazdığı 10 hekayəsi toplanıb. Tədbirdə ədəbiyyat, elm, mədəniyyət, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən AYB-in sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, tənqidçi Bəsti Əlibəyli və digər natiqlər K.Abdullanın yaradıcılığındakı müsbət keyfiyyətlər barədə danışıblar.
Qeyd edək ki, yazıçının son dövr yaradıcılığının məhsulu olan "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" romanları ədəbi mühitdə böyük rezonans doğurub, onun "Yarımçıq əlyazma" romanı bir neçə dilə tərcümə olunaraq nəşr edilib./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar