Hacıbala Abutalubova Eurovision 2012 açarı təqdim olunacaq
23 May 2011 Bazar Ertəsi 16:28
Düsseldorf şəhərinin meri Dirk Elsbersin Bakıya səfəri planlaşdırılır. Hacıbala Abutalubova Eurovision 2012 açarı təqdim olunacaq.
Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbersin Bakıya səfəri planlaşdırılır. O, “Eurovision-2012” mahnı müsabiqəsinin ev sahibliyinin açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalubova təqdim edəcək. Düsseldorf merinin Bakıya yaxın vaxtlarda gələcəyi gözlənilir.
D. Elsbersi səfər zamanı xüsusi nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Düsseldorf meri ötən il ona verilmiş ev sahibliyi açarını təntənəli şəkildə H. Abutalıbova təqdim edəcək.
Qeyd edək ki, Azərbaycana qalibiyyət qazandıran Eldar Qasımov və Nigar Camal hazırda Almaniyadadır. Onların iyunun ilk günlərində Moskvada keçiriləcək “Muz TV” mükafatının təqdimatında çıxış edəcəkləri nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: