Habil Əliyev: Dünyanın sonuna kimi yaşamaq istəyirəm
29 May 2012 Çərşənbə Axşamı 22:58
Məşhur kamança ustası Habil Əliyevin 85 yaşı tamam olub.
Məşhur kamança ustası Habil Əliyevin 85 yaşı tamam oldu. Ustad bu gününü ailəsi və dost-tanışı ilə Ağdaşda, doğma diyarında keçirib. Xalq artisti deyir ki, 85 yaş nədir ki? İnsan yaşadıqca, yaşamaq istəyir.
Keşməkeşli yol keçən ustadın qazandığı nailiyyətlər bu gün onu yaşadır. Bütün nailiyyətlərinin başında isə kamançası durur.
Arzularına gəldikdə isə xalq artisti dünyanın sonuna kimi yaşamaq istəyir ki, görsün bu dünyanın axırı nə olacaq.