Güney Azərbaycanlı yazıçı Yəhya Şeyda dünyasını dəyişib
21 Oktyabr 2011 Cümə 18:05
Güney Azərbaycanın tanınmış şair və yazıçısı, böyük şair Məhəmmədhüseyn Şəhriyarın dostu, jurnalist, tənqidçi Yəhya Şeyda dünyasını dəyişib.
APA-nın məlumatına görə, şair oktyabrın 20-də Təbrizdə, yaşadığı evdə vəfat edib. Mərhumun dəfn mərasimi oktyabrın 22-də keçiriləcək.

Yəhya Şeyda 1924-cü ildə Təbriz şəhərində anadan olub. Ədəbi fəaliyyətə gənclik dövründən başlayıb. Onun şerləri, ədəbi-tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap olunub. Əsərlərini Azərbaycan və fars dillərində yazıb. Y. Şeyda fars, alman və ərəb dillərini mükəmməl bilib. Onun atası mərhum Həsən Yüzbaşı Məşrutə inqilabının mücahidlərindən olub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar