Gənc Tamaşaçılar Teatrı bu ilin repertuarını artıq hazırlayıb
09 Yanvar 2010 Şənbə 23:25
Gənc Tamaşaçılar Teatrı bu ilin repertuarını artıq hazırlayıb. Teatra Belarusdan rejissor dəvət edilib.
2009-cu ili uğurla başa vuran Gənc Tamaşaçılar Teatrı artıq bu ilin repertuarını və planlarını hazırlayıb. Teatrın direktoru Mübariz Həmidovun dediyinə görə, bu il ilk növbədə xaricdən dəvət olunmuş mütəxəssislərlə layihələr həyata keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Belarus Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Başeva Gənc Tamaşaçılar Teatrına dəvət edilib. Uşaq tamaşalarına quruluş vermək üzrə tanınmış rejissor olan Natalya Başeva Gənc Tamaşaçılar Teatrının kollektivi ilə məşhur amerikalı yazıçı Albert Hofmanın “Şelkunçik” əsərini səhnələşdirir. Mübariz Həmidov bu il Gənc Tamaşaçılar Teatrında həyata keçiriləcək digər layihələr haqqında da danışıb. Onun sözlərinə görə, sənət ocağında tanınmış xarici dramaturqların ən məşhur əsərləri səhnələşdiriləcək. Bundan əlavə vaxtilə 82 yaşlı sənət ocağının repretuarında olan bir neçə səhnə əsəri də yenidən bərpa ediləcək.

Gənc Tamaşaçılar Teatrının direktoru qastrol səfərlərindən də söz açıb. O, bildirib ki, sənət ocağının kollektivi bir neçə Avropa ölkəsinə dəvət alıb və səfərlər ilin sonunda gerçəkləşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar