Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili kitabı çap olunub
18 Mart 2011 Cümə 13:38
Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili kitabı çap olunub


Bakı – APA. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə Kamal Abdulla və Mariya Keneşinin "Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili" kitabı çap olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan dilini universitet səviyyəsində və müstəqil şəkildə öyrənənlərə kömək məqsədilə hazırlanmış kitaba eyni zamanda Azərbaycanın qədim və müasir tarixi, iqtisadiyyatı, mədəniyyəti, dövlətçilik institutları, Azərbaycan-Macarıstan əlaqələri haqqında bilgilər də əlavə edilib.

Mariya Keneşi Macarıstanın tanınmış türkoloqlarındandır. Azərbaycan dili və ədəbiyyatı sahəsində mütəxəssisdir. 1969-cu ildə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Budapeştdəki Eötvöş Lorand Universitetinin türkologiya kafedrasında çalışır. Hazırda səfirliyin yardımı ilə onun müəllifi olduğu başqa bir praktik əsər - "Macarca-Azərbaycanca danışıq kitabçası" da çap edilməkdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar