Firəngiz Əlizadə Parisdə konsert proqramı ilə çıxış edəcək
20 Noyabr 2011 Bazar 20:02
Firəngiz Əlizadə Parisdə konsert proqramı ilə çıxış edəcək. Konsert noyabrın 23-də baş tutacaq.
Bəstəkar Firəngiz Əlizadə noyabrın 23-də Parisdə geniş konsert proqramı ilə çıxış edəcək. Konsert Dmitri Şostakoviç Beynəlxalq Assosiasiyasının Azərbaycanın Fransadakı səfirliyi ilə birlikdə “Azərbaycana səyahət“ devizi altında Azərbaycan musiqisi ilə bağlı keçirəcəyi silsilə tədbirlər çərçivəsində baş tutacaq.

Konsertdə F. Əlizadə dahi bəstəkarlar- Dmitri Şostakoviç və Qara Qarayevin əsərləri ilə yanaşı, öz əsərlərini də səsləndirəcək. Musiqili axşamda Lüdmila Berlinskaya, Yelena Gaburi, Gurla Katsarava, İza Laqrand, İvan Monugetti və Cavad Tağızadə D. Şostakoviçin, Q. Qarayevin və F. Əlizadənin əsərlərindən parçalar ifa edəcək.

Konsertə Aleksand Qrande dirijorluq edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar