Fəxrəddin Manafov Almaniyaya müalicəyə getdi
27 İyun 2011 Bazar Ertəsi 14:42
Məşhur aktyor Fəxrəddin Manafov bel ağrılarından əziyyət çəkir.
Azərbaycanın xalq artisti, görkəmli aktyor Fəxrəddin Manafov səhhətindəki problemlərlə əlaqədar ötən gün Almaniyaya gedib. Aktyor bel ağrılarından əziyyət çəkir və səfərinin məqsədi də sözügedən ölkədə müayinə olunmaqdır. Aktyor müayinə olunduqdan sonra isə onun cərrahiyyə əməliyyatı olunub-olunmamasına qərar veriləcək. Fəxrəddin Manafovun Vətənə nə zaman dönəcəyi hələ məlum deyil.

Fəxrəddin Manafov uzun müddətdir bel ağrılarından əziyyət çəkir və ona Almaniyaya getmək məsləhət görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar