Faiq Sücəddinov açıqlama verib
19 Sentyabr 2013 Cümə Axşamı 00:17
Milli Musiqi Günündən incəsənət xadimi Faiq Sücəddinov ANS-ə danışdı.
Böyük bəstəkar Üzeyir Hacıbəyovun 128 yaşı, həm də onun yaratdığı “Arşın mal alan” operattasının 100 illiyidir. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Bu il bu “YUNESKO” çərsivəsində qeyd olunur. Milli Musiqi Günündən incəsənət xadimi, Faiq Sücəddinov ANS-ə danışdı.
İncəsənət xadimi, Faiq Sücəddin: “Mən xaricdə işləyəndə o vaxtdan Kipr adasında Azərbaycanın demək olarki, yaxşı tanımırdılar. Söhbət 1996-cı ildən gedir. İlk dəfə bizim himnimizə qulaq asanda onların dilində İstiqlal marşımızı mənim yanımdakılar dedilər nə zəngin, nə gözəl sizin himniniz var. Bizim ilk himnimiz Sovet vaxtı Üzeyir bəyin himni idi. Oda gözəl himn idi. Dediyim odur ki, hər şey təbliğdən asılıdır. Biz əvvəlcə Şərq dünyasından söhbət edək. Şərq dünyasında belə bir əsərlər Fikrət Əmirov, Niyazi kimi təbii ki, mənim babam Üzeyir bəyin musiqisi kimi musiqi yoxdur. Mən Üzeyir bəyi öz babam hesab edirəm. Mən ömrümü musiqi ilə bağlamışam. Mən həmişə onun musiqi sədası altında böyümüşəm. Və ona böyük mənim sevgim o qədər böyükdür ona görə ki, gözəl bəstəkar olmaq olar. Amma burda insani xüsusiyyətlər var. O çox gözəl ürəyi dolu bir insan idi. Üzeyir bəy gedir Moskvoya orda bir tələbə görür və öz təzə paltosunu bağışlayır tələbəyə. Ümumiyyətlə bəstəkar incə insan olmalıdır. Hər şeyi duymalı və görməlidir. Mən danışıram kövrəlirəm. Məsələn onun maaşını özü almırdı. Müharibə zamanı idi. Hamısı alırdı özündən başqa. Üzeyir bəy çox böyük insan idi”.
DOSTLARINLA PAYLAŞ: